XƏBƏRLƏR
XƏBƏRLƏR -
Mühüm hadisələr
06 May, 2025
Muzeyin əməkdaşları beynəlxalq simpoziumda iştirak ediblər

Şimali Kipr Türk Respublikasının Girnə şəhərində yerləşən Yaxın Doğu Universitetində azərbaycanlı arxeoloq, tarix elmləri doktoru, professor Qafar Cəbiyevin anadan olmasının 75 illiyinə həsr olunmuş “Türk mədəniyyəti, incəsənəti və mədəni irsin mühafizəsi” adlı XIX beynəlxalq simpozium keçirilib.

Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d., professor Nərgiz Əliyeva "Müstəqillik illərində Azərbaycanda islam dövrü arxeologiyası" (onlayn), elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova “Azərbaycanda təkəlduz tikmələr: texnikası və istifadə sahələri” (online), Arxeologiya elmi fond şöbəsinin elmi işçisi, t.ü.f.d., dosent Həbibə Əliyeva “Şəki bölgəsindəki türk-islam sənətinə aid epiqrafik abidələrdə son tədqiqatlar” (əyani), Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova “Muzeylər və icma əməkdaşlığı: mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi” (onlayn)  adlı məruzələrlə çıxış ediblər.

Simpoziumda Azərbaycan, Türkiyə, Şimali Kipr Türk Respublikası, Moldova, İtaliya, Özbəkistan, İran, Rusiya, ABŞ, Rumıniya, Macarıstan, Şimali Makedoniya, Kosova və digər ölkələri təmsil edən 80-dən çox alim və tədqiqatçılar iştirak ediblər.

Simpozium iştirakçıları sertifikatla təltif olunublar. Məruzələrin nəşri nəzərdə tutulub.