AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “Azərbaycan 1941-1945-ci illər müharibəsində” mövzusunda respublika elmi konfransı keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov “1941-1945-ci illər müharibəsində azərbaycanlı qadınların iştirakı Azərbaycan sovet tarixşünaslığında”, İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı “Akademik Yusif Məmmədəliyevin həyat və yaradıcılığının Milli Azərbaycan Tarixi Muzeyində qorunan eksponatlar əsasında tədqiqi” adlı məruzələrlə çıxış ediblər.
Məruzə maraqla qarşılanıb və verilən suallar cavablandırılıb.
Sonda konfrans iştirakçıları sertifikatla təltif olunublar.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.