5–8 may 2025-ci il tarixlərində Naxçıvan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyası, Naxçıvan Ədəbiyyat Muzeyi, Naxçıvan Heydər Əliyev Muzeyi və Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizləri Milli Azərbaycan Tarixi Muzeyinə ezam olunublar.
Səfərin əsas məqsədi muzey fondlarının idarə olunması, eksponatların qorunması və sənədləşdirilməsi sahəsində təcrübə mübadiləsi aparmaq və bu istiqamətdə peşəkar biliklərini artırmaq olmuşdur. Ziyarət çərçivəsində qonaqlara Milli Azərbaycan Tarixi Muzeyinin fond fəaliyyəti, eksponatların qeydiyyatı, inventarlaşdırılması, saxlanma şəraiti, rəqəmsallaşdırma prosesi və bərpa işləri barədə ətraflı məlumat verilib. Baş mühafizlər, həmçinin muzeyin müxtəlif fondlarının gündəlik fəaliyyəti, eksponatların elmi tədqiqi və mühafizəsi üzrə iş prinsipləri ilə yaxından tanış olublar. Təcrübə proqramı çərçivəsində iştirakçılar muzeyin bərpa laboratoriyasında tətbiq edilən müasir konservasiya və restavrasiya metodları barədə praktiki biliklər əldə ediblər. Əməkdaşlar arasında fikir mübadiləsi aparılıb, gələcəkdə muzeylərarası əlaqələrin və qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi imkanları müzakirə olunub.
Sonda ziyarət iştirakçılarına xatirə olaraq muzeyin nəşrləri təqdim olunub və xatirə fotosu çəkilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.