14-23 aprel 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- elmi katib, t.ü.f.d., dosent Sevinc Nəsirova, Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova, həmin şöbənin baş mütəxəssisi Nərmin Bağırova Sabirabad və Saatlı rayonlarında Azərbaycanda yaşayan Axısqa türkləri ilə bağlı material toplamaq məqsədilə ezamiyyətdə olublar. Muzeyin əməkdaşları ezamiyyət zamanı sözügedən rayonların Əhmədabad, Nəsimi, Qaratəpə, Günəşli, Şirinbəy, Sımada və digər kəndlərində yaşayan Axısqa türkləri ilə görüşüb və onların məişət həyatı, sürgün olunmaları ilə bağlı materiallar toplayıblar. Ezamiyyət çərçivəsində muzey əməkdaşları Sabirabad rayonunda Mədəniyyət Evinin rəhbəri Vaqif Dişadze, Saatlı rayonunda Folklor Evinin nümayəndələri ilə də görüşlər keçiriblər.
Bu gün baş mühafiz və Muzey əməkdaşlarının iştirakı ilə ezamiyyətin nəticələri ilə bağlı hesabat iclası keçirilib və toplanılan materiallar muzey ictimaiyyətinə təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.