Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan 1941–1945-ci illər müharibəsində” mövzusunda Maliyyə-Kredit texnikumunun tələbələri üçün seminar təşkil edilib. Seminarı giriş sözü ilə açan muzeyin aparıcı elmi işçisi, t.ü.f.d, dosent Bəhmən Kərimov xalqımızın İkinci Dünya müharibəsində göstərdiyi misilsiz xidmətlərdən bəhs edib. B.Kərimov Azərbaycanın keçmiş SSRİ-nin digər respublikaları kimi müharibədə fəal iştirak etdiyini vurğulayıb, xalqımızın igid övladlarının göstərdiyi qəhrəmanlıq nümunələri haqqında danışıb. Seminarda müharibənin səbəbləri, gedişi və nəticələri barədə geniş məlumat təqdim olunub.
Daha sonra Sənədli Mənbələrin Elmi fond şöbəsinin müdiri Esmira Rəhimova çıxış edərək, İkinci Dünya müharibəsi illərində Azərbaycanın milli diviziyalarının və xalqın mübarizə ruhunun yüksəldilməsində təbliğat, təşviqat vasitələrinin və nəşrlərin rolundan söz açıb.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.