Muzeydə İkinci Dünya müharibəsi illərində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri, C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, şagirdlər, muzey əməkdaşları iştirak ediblər.
Muzeyin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov çıxış edərək, faşizm üzərində Qələbəyə həsr olunmuş tədbirin tarixi yaddaşın qorunması, milli birlik və vətənpərvərlik dəyərlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirin bədii hissəsində “Gənc şairlər” ədəbiyyat layihəsinin üzvləri tədbirin mövzusuna uyğun şeirlər səsləndiriblər, Tatar Gənclər Mərkəzinin “Yaşlək” ansamblının üzvləri isə rəqs nümunələri ilə çıxış ediblər.
Tədbirin bədii rəhbəri muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Nigar Əhmədlidir. Tədbirdə həmçinin 1941–1945-ci illərdə faşizm üzərində qələbəni əks etdirən videoçarxlar və muzeyin kitabxanasında qorunan, qələbəyə həsr olunmuş kitablar nümayiş olunub.
Sonda bədii proqramda iştirak edən müəllimlər və şagirdlər təşəkkürnamələr ilə təltif ediliblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.