Azərbaycan Kooperasiya Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş seminar keçirilib. Seminarda muzeyin elmi katibi, t.ü.f.d, dosent Sevinc Nəsirova “Heydər Əliyev: Azərbaycan elm və təhsilinin himayədarı” mövzusunda məruzə ilə çıxış edib (fotoslaydın müşayiəti ilə). Milli Azərbaycan Tarixi Muzeyində qorunan arxiv materialları və sənədlər əsasında çıxış edən S. Nəsirova , Ümummilli Liderin elm və təhsilə verdiyi dəyər barədə ətraflı danışıb.
Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.