Sərgi Azərbaycan mədəniyyəti tarixinin ən parlaq hadisələrdən birinə - dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasının 100 illiyinə həsr olunub. Sərgidə “Arşın mal alan” operettasını 1913-cü ildə yaradan mədəniyyət xadimləri, həmçinin sonrakı dövrlərdə operettanı səhnələrdə tamaşaya qoyan şəxslərin fotoşəkilləri, şəxsi əşyaları, sənədləri, afişaları nümayiş olunur.
İlk dəfə olaraq operettanın oynanıldığı ölkələri əks etdirən “Arşın malçı dünyanı gəzir” xəritəsi tərtib olunmuşdur. Sərginin ikinci bölməsində installyasiyalar vasitəsilə tamaşaçı XX əsrin əvvəllərinə aid Azərbaycan şəhərinin küçələrinə düşür, buradakı mağazalar, dükanlar, çayxana ilə tanış olur. “Gülçöhrə və Asya”, “Soltan bəy”, “Əskər və Süleyman” vitrinləri fotomateriallarla səsləşən eksponatlar vasitəsilə dövrün baş personajlarının məişətini nümayiş etdirir. Ayrıca vitrin operettanın ekranlaşdırılması tarixinə həsr olunub. İnformasiya panellərində operettanın nadir afişaları, onun yaradılması və səhnələşdirilməsinin tarixçəsini göstərən məlumatlar, həmçinin erməni “mədəniyyət xadimləri” tərəfindən operettanın oğurlanmasını nümayiş etdirən faktlar yerləşdirilmişdir. Ekpozisiya Milli Azərbaycan Tarixi Muzeyinin materialları əsasında “Arşın mal alan” operettasının yaradılma tarixi ilə tanışlıqla yanaşı, o dövrün tarixinə daxil olmaq imkanını da verir.
Sərgi martın 12-də «Muğam dünyası» III Beynəlxalq Muğam Festivalı çərçivəsində baş tutacaq "Azərbaycan muğamlarında və Şərqin oxşar ənənəvi janrlarında musiqi alətlərinin rolu" mövzusunda beynəlxalq elmi simpoziumun açılışı günü fəaliyyətə başlayacaq və iki ay ərzində qonaqların üzünə açıq olacaq.
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur.