Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycanın ilk peşəkar arxeoloqu, muzeyşünası və etnoqrafı Davud bəy Şərifovun 140 illik yubileyinə həsr olunmuş “Azərbaycanın arxeoloji irsinin öyrənilməsində və mühafizəsində Davud bəy Şərifovun rolu” adlı elmi seminar keçirilib.
Seminarda Sənədli mənbələr elmi fond şöbəsinin müdiri, muzeyin “Arxeo Klub” nun rəhbəri Esmira Rəhimova, Arxeologiya elmi fond şöbəsinin müdiri, t.ü.f.d., dosent Nasir Quluzadə, Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova çıxış edərək, Davud bəy Şərifovun Azərbaycan elminə verdiyi töhfələr və onun zəngin elmi irsi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, alimin irsi bu gün də aktuallığını qoruyur və yeni tədqiqatlar üçün mühüm mənbə rolunu oynayır. Aygün Məmmədova “Davud bəy Şərifovun Numizmatika Fonduna təhvil verdiyi sikkələr” mövzusunda çıxış edərək, onun muzeyə bağışladığı nadir numizmatik materiallar haqqında geniş danışıb.
Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, s.ü.f.d., dosent Elfira Məlikova-Qurbanova və muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, t.e.d, professor Nərgiz Əliyeva Davud bəy Şərifovun müasir elmi tədqiqatlara yol açan zəngin irsi, həmçinin milli mədəni irsin qorunması və təbliğindəki əvəzsiz xidmətləri barədə çıxış ediblər.
Tədbirdə AMEA Arxeologiya və Antropologiya İnstitutunun əməkdaşları, Bakı Dövlət Universitetinin , Azərbaycan Kooperasiya Universitetinin tələbələri və muzeyin əməkdaşları iştirak ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.