Milli Azərbaycan Tarixi Muzeyinn Kitabxanasında qorunan nadir nəşrlərdən biri 1832-ci ildə Sankt-Peterburq İmperator Akademiyası tərəfindən nəşr olunmuş “Çuçi Ulusu xanları və ya Qızıl Orda sikkələri ilə müxtəlif Məhəmmədi sülalərinin sikkələri” adlı kitabdır. Kitabda təqdim olunan sikkələr haqqında məlumatlar görkəmli şərqşünas, numizmat alim, Sankt-Peterburq Elmlər Akademiyasının akademiki Xristian Daniloviç Fren tərəfindən qeydə alınıb. İzahları verilmiş sikkələr orta əsrlərdə Qızıl Orda və digər müsəlman dövlətlərin – Səfəvilər, Teymurilər, Şeybanilər, Cəlairilər, Qacarlar, Əfşarlar, Osmanlı və.s dövründə zərb olunub.
Kitab alman dilindən Mixail Volkov tərəfindən tərcümə edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.