Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə “Faşizm üzərində qələbədə imzamız” mövzusunda gənc alim və tədqiqatçıların respublika elmi konfransı keçirilib. Konfransda muzeyin əməkdaşları- Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümov “İkinci Dünya Müharibəsi: Bakı nefti uğrunda beynəlxalq güclərin maraqlarına dair tədqiqatlar”, Etnoqrafiya fondunun elmi işçisi Aygün Quliyeva “Artilleriyaçı Mehdi Mehdiyevin döyüş yolu” , Hədiyyələr və xatirə əşyaları fondunun kiçik elmi işçisi Günel Məmmədova “Akademik Yusif Məmmədəliyevin faşizm üzərində qələbəyə töhfəsi (Milli Azərbaycan Tarixi Muzeyi materialları əsasında)” mövzusunda məruzələrlə ilə çıxış ediblər.
Ş.Mövsümov məruzəsində Bakı neftinin ələ keçirmək üçün hazırlanan hərbi planlara aid əsərləri təhlil edib. A.Quliyeva Mehdi Mehdiyevin müharibə dövründəki qəhrəmanlığı barədə ətraflı məlumat verib. G.Məmmədova akademik Yusif Məmmədəliyevin İkinci Dünya müharibəsi dövründə elmi fəaliyyətinin strateji əhəmiyyətini önə çəkərək, onun bu sahəyə verdiyi töhfələri həm Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunan arxiv sənədləri, həm də Rusiya arxiv materialları əsasında təqdim edib.
Məruzələr maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.