Bu gün Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən Müharibəsinin şəhidi İbrahim Vəlizadənin doğum günündən 27 il ötür.
İ.Vəlizadə 1998-ci il iyunun 11-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Murovdağ istiqamətində gedən ağır döyüşlərdə itkin düşüb. Uzun müddətli axtarışlar nəticə vermədiyindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən İbrahim Vəlizadə rəsmi olaraq itkin hesab olunub və ona şəhid statusu verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən İbrahim Vəlizadə ölümündən sonra “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda Şəhid İbrahim Vəlizadəyə aid şəxsi əşyalar -hərbi səhra köynəyi, sənədləri və fotoşəkilləri qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.