Azərbaycanın keçmiş məişət həyatında sənətkarlıq böyük rol oynayırdı. Əl işləri və ənənəvi sənət nümunələri ailələrin gündəlik həyatında həm zəruri, həm də mədəni dəyər kimi qiymətləndirilirdi. Məişət həyatında qadınlar tikiş bacarığını nümayiş etdirmək üçün müxtəlif bəzək nümunələri hazırlayırdılar. Bu həm sənətkarlıq, həm də zövq göstəricisi sayılırdı. Tikiş zamanı istifadə olunan iynə, sancaq və digər alətlərin təhlükəsiz və səliqəli saxlanması üçün nəzərdə tutulmuş iynə yastığı yalnız praktik deyil, həm də dekorativ funksiyaya malik idi.
Vaxtilə “iynəlik” adlandırılan sözügedən nümunələr Azərbaycanın müxtəlif bölgələrində gəlin sandığının əsas tərkib hissəsi sayılırdı. İynə yastıqlarına gözmuncuğu, mavi muncuq və digər qoruyucu simvollar tikilirdi. İnanclara görə isə iynələrin yastıq üzərində düzgün yerləşdirilməsi uğur və bolluq rəmzi kimi qəbul olunurdu.
Təqdim olunan iynə yastığı qırmızı məxmərdən hazırlanıb, üzəri muncuq, pilək və güləbətin sapla nəbati naxışlarla bəzədilib. Məlilə texnikası ilə işlənmiş sözügedən eksponat Naxçıvana aiddir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.