Bu gün, 15 iyun Azərbaycan xalqının milli birliyini, dövlətçilik iradəsini və müstəqillik yolunda qətiyyətini simvollaşdıran Milli Qurtuluş Günüdür.
Əlamətdar günlə bağlı milli qurtuluşumuzun banisi, dünya şöhrətli lider, Ulu Öndər Heydər Əliyevin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında mühafizə olunan foto materiallarını təqdim edirik. Sözügedən fotolar Azərbaycan Tarixi Muzeyinin Şərq zalında təşkil edilmiş rəsmi ziyafətdə çəkilmişdir (23 mart 1996-cı il).
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.