Azərbaycanın ənənəvi məişətində evin daxili interyerinin bəzədilməsinə hər zaman xüsusi önəm verilib, məişət əşyalarının estetik görünüşü daim diqqət mərkəzində olub. Toxuculuq və tikməçiliklə məşğul olan qadınlar məişət əşyalarını müxtəlif tikmə texnikaları ilə bəzəyir, inancları simvolizə edən damğa, nişan və duaları tekstil məmulatlarında əks etdirirdilər. Bu ənənənin bariz nümunələrindən biri Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda qorunan, Şəki bölgəsinə aid divar bəzəyidir. Sözügedən eksponat atlaz parçanın üzərində güləbətin tikmənin qabarıq texnikası ilə incəliklə işlənib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.