Tatarıstan Respublikasının Bolqar və Kazan şəhərlərində Tatarıstan Respublikasının Elmlər Akademiyasının Ş.Mərcani adına Tarix İnstitutu, M.A.Usmanov adına Qızıl Orda və Tatar xanlarının Tədqiqatları Mərkəzi, Bolqar İslam Akademiyasının təşkilatçılığı ilə “PaxTatarica: средневековые источники и исторический контекст” (Tatarıstanın intibah dövrü: orta əsr mənbələri və tarixi kontekst) mövzusunda VIII Beynəlxalq Qızıl Orda Forumu keçirilib. Forumda Milli Azərbaycanı Tarixi Muzeyinin Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova “Qızıl Orda və tatar xanlarının numizmatikası və epiqrafikası: yeni tapıntılar” adlı bölmədə “Монеты Джучидов как факт средневековых торговых связей Азербайджана” (Azərbaycanın orta əsrlərdə ticarət əlaqələrinin faktı: Cuçi sikkələri) mövzusunda çıxış edib. A.Məmmədova muzeyin Numizmatika və Xüsusi fondlarında qorunan numizmatik materiallar əsasında ilk dəfə olaraq Azərbaycanın müxtəlif bölgələrində (Bakı, Salyan, Hacıqabul) aşkarlanmış Cuçi (Qızıl Orda xanları) sikkələri barədə ətraflı məlumat verib.
Məruzə maraqla qarşılanıb, verilən suallar ətraflı cavablandırılıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.