Keçmiş məişət həyatında həm funksionallığı, həm də estetik görünüşü ilə seçilən məfrəşlər xüsusi yer tuturdu. Müxtəlif maddi nümunələrin, geyimlərin və yataq dəstlərinin mühafizəsi üçün istifadə olunan məişət əşyası sayılan məfrəş əsasən toxuculuq məmulatı olmaqla yanaşı, etnoqrafik baxımdan dəyərli xalq sənəti incisi sayılırdı. Azərbaycan xalqının məişətində gəlinin ər evinə köçürülməsi zamanı özünün tikdiyi, toxuduğu və hazırladığı əşyalar məfrəşlərə yığılaraq, atla və ya araba ilə oğlan evinə aparılırdı.
Məfrəşlərin üzərində yer alan təsvirlərin – zoomorf, nəbati və səmavi simvolların qoruyucu gücə malik olduğuna inanılırdı. Məsələn, “göz” motivi pis nəzəri dəf etmək, “qoç buynuzu” gücü, “su” və “günəş” motivləri isə həyat və mübarizəni simvolizə edirdi.
Təqdim olunan sumaq rəngli yerliyin ətrafı qarmaqlı təsvirlərlə bəzədilmişdir. Bu təsvirlərin mərkəzində romb fiquru, üst və alt hissələrdə isə kiçik romblarla tamamlanan, yan kənarlarında isə qarmaqlı həndəsi elementlər qayıq texnikası ilə toxunmuşdur. Məfrəşin alt – oturacaq hissəsi palaz toxunuşu ilə, sadə keçirmə və paralel dolama üsulu ilə hazırlanmışdır.
Qeyd edək ki, sözügedən eksponat Qazax bölgəsinə aiddir.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.