Bu gün Vətən sevgisi, cəsarəti və fədakarlığı ilə qəhrəmanlıq salnaməsi yazan, düşmənə qarşı savaşaraq tarixə adını qızıl hərflərlə yazdıran Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım günüdür. Mübariz İbrahimov 2010-cu il iyunun 18-də Tərtər rayonu istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur.
Milli Qəhraman Mübariz İbarimova aid şəxsi əşyalar hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının Zəfər zalında ictimaiyyətə nümayiş olunur.
Qeyd edək ki, Mübariz İbrahimova aid digər əşyalar muzeyin Sənədli mənbələr, Hədiyyələr və xatirə əşyaları fondlarında mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.