18 İyun – İnsan Hüquqları Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyində valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Ümid Yeri” uşaq sığınacaq evinin iştirakı ilə maarifləndirici tədbir təşkil edilib.Tədbirin ilk hissəsində uşaqlar üçün görkəmli xeyriyyəçi və maarifpərvər şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin ev muzeyində ekskursiyada iştirak ediblər. Ekskursiya zamanı uşaqlara Tağıyevin həyatı, fəaliyyəti və onun milli irsimizdəki rolu haqqında ətraflı məlumat verilib.
Sonra “Tağıyev: Zamanı Aşan İrs” adlı maarifləndirici quiz yarışması keçirilib.
Daha sonra uşaqlar üçün “Buta” ustad dərsi təşkil olunub.
Sonda iştirakçılar muzeyin ekspozisiya zallarını ziyarət ediblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.