Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, m.ü.f.d., dosent Nardanə Yusifova Özbəkistan Milli Rəssamlıq və Dizayn İnstitutunda “Dekorativ-tətbiqi sənətdə perspektiv və riyazi-məntiqi yanaşmada fəza təfəkkürünün rolu” mövzusunda seminar keçirib. Seminarda N.Yusifova incəsənətin müxtəlif sahələrində sənətkarların mütəmadi tətbiq etdiyi perspektiv və riyazi-məntiqi yanaşmaların nəzəri əsaslarını izah edərək, onların elmi mahiyyətini konkret vizual nümunələr əsasında iştirakçılara çatdırıb. Nardanə Yusifova bu yanaşmanın dekorativ-tətbiqi sənətdə fəza təfəkkürünün formalaşmasında mühüm rol oynadığını vurğulayıb və mövzu ilə bağlı iştirakçıların suallarını cavablandırıb. Seminar Azərbaycan və Özbəkistan arasında incəsənət və elm sahəsində əməkdaşlığın inkişafına töhfə kimi qiymətləndirilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.