Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Seyid Əzim Şirvaninin anadan olmasının 190 illiyinə həsr olunmuş ölkə üzrə silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Şairin zəngin ədəbi irsinin tədqiqi və təbliği məqsədilə elmi konfranslar, sərgilər və ədəbi-bədii tədbirlər təşkil olunur.
Seyid Əzim Şirvani XIX əsr Azərbaycan ədəbiyyatında realizmin inkişafında mühüm rol oynamış, maarifçilik ideyalarının yayılmasına böyük töhfə vermişdir. Poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirib, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirib. Şairin zəngin ədəbi irsi bu gün də aktuallığını qoruyur və Azərbaycan ədəbiyyatının parlaq nümunələri sırasında yer alır.
Əlamətdar günlə bağlı Seyid Əzim Şirvaninin Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi materiallar fondunda qorunan fotoşəkilini təqdim edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.