Azərbaycan Silahlı Qüvvələrinin Tibb xidməti leytenantı Turqut Xəlilbəyli 1993-cü il iyulun 4-də Şərur rayonunda anadan olub. 2010-2016-cı illərdə Azərbaycan Tibb Universitetində ali təhsil alıb. Turqut Xəlilbəyli 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə tibbi yardım göstərib. Turqut Xəlilbəyli oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub, II Şəhidlər Xiyabanında dəfn edilib.
Turqut Xəlilbəyli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.
Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda şəhid Turqut Xəlilbəylinin şəxsi əşyaları (hərbi səhra forması, kitel, hərbi mərasim şalvarı, ağ rəngdə hərbi mərasim köynəyi, qalstuk, zeytun rəngli qış papağı, ağ rəngli mərasim əlcəyi, furajka, şinel, hərbi çəkmə və iki ədəd fotoşəkli (səhra geyimində və həkim xalatında)) mühafizə olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.