2017-ci il iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli rayon Alxanlı yaşayış məntəqəsinin əhalisinin atəşə tutulması və qumbaraatan mərmisinin partlaması nəticəsində 7 yaşlı Quliyeva Zəhra və nənəsi Allahverdiyeva Sahibə həlak olublar.
Hazırda Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının Zəfər zalında həmin faciə zamanı düşmən tərəfindən istifadə olunan sözügedən mərminin qalığı və həlak olanların fotoşəkilləri ictimaiyyətə təqdim olunur.
Xatırladaq ki, azyaşlı Zəhranın faciəvi ölümü beynəlxalq səviyyədə geniş diqqət çəkdi və mülki əhali arasında yaşanan itkilərin simvoluna çevrildi.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.