Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. Ümumilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı Fərmana əsasən, avqustun 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir.
Əlamətdar günlə bağlı Muzeyin ekspozisiyasının Mirzə Fətəli Axundzadəyə həsr olunmuş vitrinində yer alan əlifba layihəsinin fotosurətini təqdim edirik.
1863-cü ildə İstanbulda yeni əlifba layihəsini şəxsən təqdim edən M.F.Axundzadə ərəb əlifbasının latın qrafikalı yeni əlifba ilə əvəz olunmasının vacibliyinə dair türk alimlərinə məlumat verib. Həmçinin, bu barədə dünyanın bir sıra şəhərlərinə mütəxəssislərin rəyini alması üçün səfər edib. Ancaq layihənin qəbul olunmaması onu ruhdan salmayıb, M.F. Axundzadə gələcək nəslin həmin layihəni layiqincə qiymətləndirəcəyinə inanıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.