Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fonduna polkovnik-leytenant Raquf Orucova məxsus şəxsi əşyalar daxil edilib. Muzeyə təqdim olunan materiallar arasında onun kamuflyaj rəngli hərbi səhra geyim dəsti (kitel, şalvar və baş geyimi), hərbi xidmət dövrünə aid beş ədəd fotoşəkil, həmçinin döyüş yolundan bəhs edən "Murov Qartalı" adlı kitab yer alır.
Raquf Orucov 1972-ci il iyulun 12-də Ağdam rayonunun Cinli kəndində anadan olub. 1990-cı ildən Sovet Ordusunda xidmətə başlayıb. Qarabağ müharibəsinin başlanması ilə Sovet Ordusunu tərk edərək Azərbaycan Ordusunun sıralarına qoşulub. Fərrux dağı və Aranzəmin kəndi istiqamətində aparılan döyüş əməliyyatları zamanı ayağından ağır qəlpə yarası alıb.
1993-cü il iyunun 12-də anası Raya Orucova Ağdamın Cinli kəndinin işğalı zamanı şəhid olub. Həmin ildən etibarən Raquf Orucov Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə sənədlərini təqdim edib və 1994-cü ildə həmin məktəbə qəbul olunub. 1996-cı ildə hərbi təhsilini başa vuraraq, əvvəlcə Bakı şəhərindəki hərbi hissələrdən birinə, daha sonra isə Murovdağa – kəşfiyyat bölüyünün komandiri vəzifəsinə təyinat alıb.
2003–2005-ci illərdə Ali Hərbi Akademiyanı bitirən Raquf Orucov hərbi xidmətini daim ön cəbhədə davam etdirib və sonradan Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinə qədər yüksəlib. Murovdağ istiqamətində həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarına görə Raquf Orucova “Murov Qartalı” ləqəbi verilib.
Raquf Orucov 2016-cı il aprelin 4-də Aprel döyüşləri zamanı – Ağdərə rayonunun Talış kəndinin azad olunması uğrunda aparılan əməliyyatlarda qəhrəmancasına şəhid olub. Aprelin 5-də Sumqayıt şəhərində dəfn edilib.
Təltifləri:
“Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı (1995)
“Hərbi xidmətlərə görə” medalı (1998)
“Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi” yubiley medalı (1991–2001)
“Qüsursuz xidmətə görə” III dərəcəli medalı (2003)
“Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı (1918–2008)
“Qüsursuz xidmətə görə” II dərəcəli medalı (2008)
“Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı (1918–2013)
“Qüsursuz xidmətə görə” I dərəcəli medalı (2013)
“İgidliyə görə” medalı (ölümündən sonra – 2016)
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.