Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda XIX əsrə aid Türkiyə keramika nümunələri qorunur. Türk keramika sənətinin tarixi Qaraxanlılar dövründən başlayaraq Səlcuqlara qədər olan dövrü əhatə edir. Həmin dövrlərdə keramika əsasən memarlıqda geniş istifadə olunmuşdur. Osmanlı dövründə isə bu sənət yeni inkişaf mərhələsinə qədəm qoymuş, həm məişət, həm də dekorativ məqsədlərlə daha da geniş yayılmışdır.
XIX əsrdə istehsal edilən, yaşıl rəngli, qəhvəyi şirli, qabarıq gövdəli, uzun boyunlu və qıvrılmış qulplu bu qab özünəməxsus dizaynı və unikallığı ilə seçilir. Adətən, bu tip qablar “duckewer” (ördəksürahi) adlanırılırdı. Əşyaya zoomorf forma verilməsi isə qədim Türk və Osmanlı mədəniyyətində uğur nişanəsi kimi dəyərləndirilirdi. Həm funksional, həm də dekorativ məqsədlərlə istifadə olunan bu sürahi su və digər mayelərin saxlanılması ilə yanaşı, mərasim zamanı zərif təqdimat üçün seçilən maddi mədəniyyət nümunəsidir.
Sözügedən eksponat Osmanlı dövründə Çanaqqala şəhərində istehsal edilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.