Azərbaycan polisinin təşəkkülü və inkişafı 1918-ci ildə Azərbaycan Cümhuriyyətinin qurulması ilə başlayır. Cümhuriyyət dövründə daxili işlər orqanlarının yaradılması, ölkədə hüquqi nizamın və ictimai asayişin təmin olunmasında əsas rol oynadı. Həmin dövrə aid sənədlər, tarixi şəxsiyyətlərə məxsus əşyalar və digər materiallar muzeyimizin ekspozisiyasında nümayiş olunur və bu həmin orqanların keçdiyi tarixi yolu əks etdirir.
1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı Fərmanla 2 iyul tarixi Azərbaycanda rəsmi olaraq Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başlanılıb. Bu gün Azərbaycan polisi müasir hüquqi dövlətin mühüm dayaqlarından biri kimi, ölkədə sabitliyin, təhlükəsizliyin və vətəndaş rifahının qorunmasında fəal iştirak edir. Hüquq-mühafizə orqanlarının keçmişi və bu günü arasında tarixi əlaqəni təqdim edən muzey ekspozisiyasının bir hissəsi ictimaiyyətə bu sahənin inkişaf mərhələlərini təqdim etməklə yanaşı, maarifləndirici rol oynayır.
Polis əməkdaşlarının peşə bayramı münasibətilə onları təbrik edir, xalqa və dövlətə göstərdikləri xidmətə görə təşəkkür edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.