26 may – 4 iyun 2025-ci il tarixlərində Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- muzeyin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova, Sənədli mənbələrin elmi fond şöbəsinin müdiri Esmira Rəhimova və həmin şöbənin baş mütəxəssisi Nərmin Bağırova Şəmkir rayonuna ezam olunublar. Ezamiyyətin məqsədi Azərbaycanda yaşayan Axısqa türkləri ilə bağlı materialların toplanması olub.
Səfər çərçivəsində muzey əməkdaşları Şəmkir rayonunun bir neçə kəndində, xüsusilə Axısqa türklərinin kompakt şəkildə məskunlaşdığı Sarıtəpə kəndində və Kür qəsəbəsində olmuş, yerli ziyalılar və yaşlı sakinlərlə görüşlər keçirmiş, onların həyat tərzi və məişətinə dair məlumatlar toplamışlar.
Araşdırma zamanı kənd sakini Fatimə Ələddinovanın evində qonaq olan muzey əməkdaşlarına müxtəlif tarixi əşyalar təqdim edilib. Muzeyə təqdim olunan materiallar arasında fotolar, sənədlər və məişət əşyaları yer alır. Bu materiallar öz unikallığı ilə seçilir və Axısqa türklərinin tarixini və mədəni irsini əks etdirən qiymətli mənbələr kimi dəyərləndirilir.
Bu gün ezamiyyətin nəticələrinə həsr olunmuş hesabat iclası keçirilib. İclasda muzeyin baş mühafizi və digər əməkdaşlar iştirak edərək toplanmış materialların təqdimatını və ilkin təhlilini həyata keçiriblər.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.