Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə görkəmli arxeoloq, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayevin (1935–2017) 90 illiyinə həsr olunmuş “Antik dövrdə Qafqaz və ətrafında urbanizasiya prosesləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda xarici və yerli alimlərlə yanaşı, Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova “Professor İlyas Babayevin tədqiqatlarında yer alan Parfiya sikkələrinə dair yeni numizmatik qənaətlər” mövzusunda, Arxeologiya elmi-fond şöbəsinin böyük elmi işçisi, t.ü.f.d. Laçın Mustafayev “Antik Qəbələ şəhərinin bənzəri və təkrarı olmayan tikililəri” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələr elektron təqdimatlarla müşayiət olunmuş, iştirakçılar tərəfindən verilən suallar ətraflı cavablandırılmışdır. Konfransın materiallarının xülasələri nəşr olunmuşdur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.