Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanası zəngin ədəbi irsimizin mühafizəsi və təbliği istiqamətində mühüm rol oynayır. Kitabxanada Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsi, ədəbi-bədii nümunələrin və əlyazmaların toplanması sahəsində böyük xidmətləri olan görkəmli şair, ədəbiyyatşünas və biblioqraf Salman Mümtazın əsəri də qorunub saxlanılır. Salman Mümtaz tarixdə ilk dəfə üzərində “Azərbaycan ədəbiyyatı” yazılmış 16 kitabı nəşr etdirmişdir. Bu seriyanın birinci nəşri 1925-ci ildə çap olunmuş və Ağa Məsih Şirvaninin yaradıcılığına həsr edilmişdir. Görkəmli ədəbiyyatşünas ömrünü Azərbaycan ədəbiyyatının toplanmasına, tədqiqinə, sistemləşdirilməsinə və nəşrinə həsr edərək milli-mədəni irsimizin qorunmasında əvəzsiz rol oynamışdır.
Salman Mümtaz 1938-ci ildə repressiya qurbanı olmuşdur. Bununla belə, onun zəngin irsi bu gün də tədqiqatçılar və oxucular üçün qiymətli mənbə olaraq qalmaqdadır.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.