Neftçala rayonunun Həsənabad qəsəbəsində Vətən Müharibəsi Qəhrəmanı, XTQ qrup komandiri, Baş gizir şəhid Camal Vidadi oğlu İsmayılovun ev muzeyinin açılışı zamanı şair-publisist, AYB-nin üzvü Gülqədəm Qaraman Mirzəzadənin şəhid Camal İsmayılova həsr etdiyi “Qəhrəman” adlı kitabının təqdimatı keçirilib. Qeyd edək ki, Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda şəhid Camal İsmayılova məxsus şəxsi əşyalar qorunur. Müəllif sözügedən kitabda həmin materiallar haqqında məlumat qeyd edib.
Kitab müəllif tərəfindən muzeyə hədiyyə olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.