Bu gün Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə hücum etməsi ilə başlayan Tovuz döyüşlərinin 5-ci ildönümüdür. 2020-ci ilin 12 iyul tarixində Ermənistan ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini pozaraq mövqelərimizə hücum etmişdir. Həmin döyüşlərdə Azərbaycan Ordusunun 12 hərbi qulluqçusu – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayorlar Namiq Əhmədov və Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizirlər İlqar Zeynallı və Yaşar Babayev, müddətdən artıq hərbi xidmət qulluqçuları əsgər Elçin Mustafazadə, çavuş Vüqar Sadıqov, əsgər Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov qəhrəmancasına şəhid olublar.
Tovuz döyüşlərində şəhid olan Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin şəxsi əşyaları hazırda Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunda qorunur. Muzeyin kolleksiyasında Polad Həşimova aid 3 fotoşəkil, istiləşdirilmiş qış gödəkçəsi, üzərində general-mayor rütbəsi olan kitel, şalvar, baş geyimi, bel kəməri, sənədləri, təsbeh və qələm, həmçinin İlqar Mirzəyevə məxsus kitel, şalvar, papaq, kəmər, qobur, qısaqol köynək, çəkmələr və içərisində hərbi ləvazimatlar olan səhra çantası saxlanılır.
Qeyd edək ki, bu materiallar muzeydə təşkil olunan “Anadır arzulara hər zaman Qarabağ” adlı sərgidə xüsusi vitrində nümayiş etdirilib. Hazırda eksponatlar muzeyin ekspozisiyasının “Zəfər” zalında ziyarətçilərə təqdim olunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.