“Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin oğlu Oleq Kşnyakin ailə üzvləri ilə birlikdə Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Oleq Kşnyakinə muzeyin ekspozisiyasında qorunan materiallar haqqında məlumat verilib və bildirilib ki, bu ilin yazında ekspozisiyada təyyarə qəzası nəticəsində həlak olmuş qəhrəmanların şəxsi əşyaları yerləşdirilib.
Qonaqlar Milli Qəhrəmanların xatirəsinin belə yüksək səviyyədə yaşadılmasına və onların şəxsi əşyalarının gələcək nəsillərə çatdırılmasına verdiyi töhfəyə görə muzey rəhbərliyinə və kollektivinə təşəkkür ediblər. Eyni zamanda, Milli Qəhrəmanların həyat yolunun gələcək nəsillərə nümunə olduğunu vurğulayıblar. Onlar bildirib ki, bu cür təşəbbüslər qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi və vətənpərvərlik ruhunun təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda Oleq Kşnyakin muzeyin rəy kitabına öz ürək sözlərini yazdı.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.