Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin müdiri, tarix elmləri doktoru, dosent Nərgiz Əliyevanın “Yaqut əl-Həməvinin iki əsərinin müqayisəli analizində ortaya çıxan fərqliliklər” (səh. 34–41) və həmin şöbənin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, dosent Əli Fərhadovun “1940-cı illərdə Cənubi Azərbaycanda dini proseslər: “Azərbaycan” qəzetinin (1947–1949) materialları əsasında” (səh. 14–26) adlı elmi məqalələri “Reconstructing the Past: Journal of Historical Studies” beynəlxalq indeksli jurnalda dərc olunub (Bakı, 2025, № 1–2).
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.