Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyini ziyarət edib. Muzeyin ekspozisiyası ilə tanış olan Leyla Əliyevaya Tarix Muzeyinin zəngin kolleksiyası, elmi fəaliyyəti, nailiyyətləri barədə məlumat verilib. Qonağa muzeyin nəşrləri təqdim olunub. Leyla Əliyeva Milli Azərbaycan Tarixi Muzeyinin Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.