Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Antropologiya İnstitutu, “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliyanın Beynəlxalq YOCOCU Assosiasiyası (Roma), Türkiyənin Adnan Menderes Universiteti (Aydın) və Şimali Makedoniyanın Qabaqcıl Tədqiqatlar Mərkəzinin (Skopye) birgə təşkilatçılığı ilə tanınmış alim, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Əliyevin əziz xatirəsinə həsr olunmuş “Tarixi Yerlər və Abidələr” adlı V Beynəlxalq Bakı–Bayırşəhər Simpoziumu keçirilib.
Simpoziumda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları -Arxeologiya elmi fond şöbəsinin böyük elmi işçisi t.ü.f.d., dos. Həbibə Əliyeva “Azərbaycan epiqrafik abidləri arasında hamamların rolu” və həmin şöbənin böyük elmi işçisi t.ü.f.d. Aida İsmayılova ”Orta əsrlərdə qloballaşma: Böyük İpək Yolu və Azərbaycan mədəni əlaqələr konteksində” adlı elmi məruzələrlə çıxış ediblər.
Tədbir çərçivəsində Türkiyəli mütəxəssislər Nadire Mine Yar və Celaleddin Küçük tərəfindən bərpa və konservasiyada istifadə olunan alət və materiallarla bağlı geniş təqdimat keçirilib.
Simpoziumda bir çox ölkələrdən ümumilikdə 60-a yaxın alim və tədqiqatçı elmi məruzələrlə iştirak edib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.