XƏBƏRLƏR
08 Oktyabr, 2025
Muzeyin əməkdaşı Nemətullah Naxçıvaniyə həsr olunmuş elmi seminarda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin təşkilatçılığı ilə Bakı İlahiyyat Kollecində "Nemətullah Naxçıvaninin həyatı, əsərləri və Quran təfsirinə baxışı" adlı seminar keçirilib. Seminarda muzeyin aparıcı elmi işçisi, t.ü.f.d. dos. Əli Fərhadov məruzə ilə çıxış edib.
Ə. Fərhadov Nemətullah Naxçıvaninin Azərbaycanın islam mədəniyyətindəki rolu, onun təsəvvüfi düşüncələri, Quran təfsiri və digər əsərləri haqqında ətraflı məlumat verib. Həmçinin, mütəfəkkirin dini maarifçiliyə verdiyi töhfələr xüsusi vurğulanıb.
Seminarda Naxçıvaninin məzhəblərarası birlik və bərabərlik, mötədillik, əxlaqi və mənəvi dəyərlər barədəki fikirləri təhlil edilib. Həmin fikirlərin müasir dövrümüzlə müqayisəli şəkildə geniş müzakirəsi aparılıb.
Tədbirdə Bakı İlahiyyat Kollecinin rəhbərliyi, müəllim-tələbə heyəti, eləcə də muzeyin elmi işçiləri – Ləman Musayeva və Zülfiyyə Cəlilova iştirak edərək mövzu ilə bağlı öz fikirlərini bölüşüblər.
Sonda tələbələrin suallarına ətraflı cavab verilib.
2 iyul – Azərbaycanda Polisi Günü qeyd olunur
Bu gün Azərbaycanda Polisi Günü qeyd olunur. Xalqın təhlükəsizliyinin təmin edilməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizəd...
Bu gün Vətən müharibəsi şəhidi Toğrul Bərxudarovun doğum günüdür
Toğrul Məmməd oğlu Bərxudarov 1987-ci il iyunun 30-da Gəncə şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bü...
YAP Binəqədi Rayon Təşkilatı tərəfindən muzeyə təşəkkürnamə təqdim edilib
Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı tərəfindən gənclərin asudə vaxtlarının səmərəli keçirmələri məqsədilə təşkil olunmuş Yay məktəbi la...
Bu gün Vətən Müharibəsi şəhidi İlkin Əhədzadənin doğum günüdür
İlkin Əhədzadə Qələmşah oğlu 1985-ci il iyunun 26-da Bakı şəhərində anadan olub. 2020-ci ilin sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövl...
Muzeyin əməkdaşı İctimai Radioda çıxış edib
26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi fondunun müdiri Şəfa Mövsümo...
26 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
1918-ci il 26 iyun tarixində Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ilk hərbi korpusun (diviziya statusunda) yaradılması barədə qərar qəbul etmiş, Azər...
Muzeyin direktoru və direktor müavini Monqolustanda keçirilən Avrasiya muzeylərinin I Beynəlxalq Forumunda iştirak ediblər
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və muzey eksponatlarının qorunması və qeydiyyatı üzrə direktor müavini - baş müh...
Muzeyin bərpaçı-rəssamının əsərləri sərgidə nümayiş olunub
Milli Azərbaycan Tarixi Muzeyinin bərpaçı-rəssamı Rəvanə Abbassoy Azərbaycan Respublikasındakı Yunus Emre İnstitutunun təşkil etdiyi təzhib və miniatü...