XƏBƏRLƏR
07 Oktyabr, 2025
Muzeydə interaktiv və ustad dərslərinə start verilib
Milli Azərbaycan Tarixi Muzeyində interaktiv və ustad dərslərinə start verilib. Layihənin əsas məqsədi məktəblilərdə tarixə maraq oyatmaq, muzey mühitində öyrənmə prosesini daha canlı və yadda qalan şəkildə təşkil etməkdir.
İlk dərsdə Qərbi Kaspi Universitetinin tam orta məktəbinin şagirdləri iştirak ediblər. “Uzaq keçmişin izi ilə — Azərbaycanda İbtidai İcma Cəmiyyəti” adlı açıq dərs muzeyin ekspozisiyasının “İbtidai icma cəmiyyətlərinin yaranması, Daş dövrü” və “Tunc və erkən dəmir dövrləri” zallarında keçirilib. Dərs zamanı şagirdlər qədim insanın həyat tərzi, əmək alətləri, yaşayış məskənləri və mədəni inkişaf mərhələləri ilə yaxından tanış olublar. Qrup işləri, sual-cavablar və müşahidə tapşırıqları vasitəsilə onlar tarixi faktları müstəqil düşünərək kəşf etməyə təşviq olunublar.
Növbəti interaktiv dərs — “Zəhmət ilə gələn zinət. Dərsimiz — Hacı Zeynalabdin” — H.Z.Tağıyevin ev muzeyində baş tutub. İki hissədən ibarət dərsin birinci hissəsində muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Ülviyyə Niftəliyeva Hacı Zeynalabdin Tağıyevin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edib. O, həmçinin muzeyin yerləşdiyi binanın tarixi, arxitekturası və interyerinin xüsusiyyətləri haqqında ətraflı məlumat verib.
Dərsin ikinci hissəsində həmin şöbənin müdiri Fəridə Şəmsi və şöbənin əməkdaşları — Qənirə Qafarlı, Ülviyyə Niftəliyeva və Aynur Babayeva tərəfindən intellektual kvest formatında oyun təşkil olunub. Oyun zamanı şagirdlər eksponatlarla əlaqəli tapşırıqları yerinə yetirərək, həm müşahidə qabiliyyətlərini, həm də tarixi hadisələr arasında məntiqi əlaqə qurmaq bacarıqlarını inkişaf etdiriblər.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.