XƏBƏRLƏR
04 Oktyabr, 2025
Muzeyin əməkdaşı Üzeyir Hacıbəyliyə həsr olunmuş elmi seminarda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyi görkəmli bəstəkar, musiqişünas və ictimai xadim Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində tədbirlərini davam etdirir. Muzeyin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsi tərəfindən “Üzeyir Hacıbəylinin publisistikasında milli və dini məsələlər” mövzusunda Azərbaycan Maliyyə-İqtisad Kollecində elmi seminar təşkil olunub. Tədbirdə sözügedən şöbənin əməkdaşı, t.ü.f.d., dos Ə. Fərhadov Üzeyir Hacıbəylinin dövrü mətbuatda dərc edilən məqalələrində əksini tapan milli oyanış, cümhuriyyətçilik, dini maarifçilik, təhsilin tərəqqisi və cəmiyyətin mənəvi inkişafı məsələləri haqqında geniş məlumat verib. Məruzə zamanı Üzeyir Hacıbəyli irsinin muzeydəki təbliği məsələsinə də toxunulub. Ə. Fərhadov iştirakçılara dahi bəstəkarın muzeyin fondlarında mühafizə olunan eksponatları haqqında ətraflı danışıb.
Seminar Ü.Hacıbəylinin publisistikasının müasir gənclər üçün əhəmiyyətini vurğulamaqla yanaşı, muzeydəki irsinin təbliğində təhsil müəssisələri ilə birgə əməkdaşlığın vacibliyini bir daha önə çəkib.
Məruzə maraqla qarşılanıb.
Seminarda muzeyin əməkdaşı, elmi işçi Ləman Musayeva və kollecin müəllim-tələbə heyəti iştirak ediblər.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.