XƏBƏRLƏR
23 Sentyabr, 2025
Muzeydə “Geyim irsimiz Mirzə Qədim İrəvani fırçasından” adlı sərginin açılış mərasimi keçirilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycanın görkəmli rəssamı, Azərbaycan dəzgah boyakarlığının banisi Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı verdiyi Sərəncama əsasən keçirilən tədbirlər çərçivəsində Muzeydə Milli Azərbaycan Tarixi Muzeyi və “Alaca” milli geyim evinin təşkilatçılığı ilə “Geyim irsimiz Mirzə Qədim İrəvani fırçasından” adlı sərginin açılış mərasimi keçirilib.
Tədbirdə bir sıra mədəniyyət nümayəndələri, KİV və muzey əməkdaşları iştirak ediblər.
Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Mirzə Qədim İrəvaninin yaradıcılığının milli mədəniyyətimizin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. N.Vəlixanlı sərgidə həm rəssamın irsinin, həm də Azərbaycan geyim mədəniyyətinin zənginliyinin nümayişi olunduğunu qeyd edib.
Daha sonra muzeyin Etnoqrafiya fond şöbəsinin müdiri Gülzadə Abdulova vurğulayıb ki, Mirzə Qədim İrəvaninin zəngin yaradıcılığı milli geyim irsimizin incəliklərini və estetik dəyərlərini daha dərindən anlamağa imkan yaradır. O, sərginin həm milli mədəniyyətimizin qorunması, həm də gələcək nəsillərə tanıdılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.
Sərgidə “Alaca” milli geyim evinin sənətkarları tərəfindən reinterpretasiya edilən və Mirzə Qədim İrəvaninin əsərlərindəki obrazlarda təsvir olunan geyim nümunələri təqdim olunub. Həmçinin, Muzeyin Etnoqrafiya fondunda qorunan Qərbi Azərbaycan bölgəsinə aid orijinal geyimlər də ictimaiyyətə təqdim olunub.
Sözügedən sərgi 28 sentyabra kimi davam edəcək, giriş sərbəstdir.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.