XƏBƏRLƏR
15 Sentyabr, 2025
Bakının azad olunmasından 107 il ötür
1918-ci il sentyabrın 15-də Azərbaycan və Osmanlı zabit və əsgərlərindən ibarət olan Qafqaz İslam Ordusunun birgə hərbi əməliyyatı nəticəsində Bakı erməni-rus işğalından azad edilmişdir. Bu tarixi hadisə Azərbaycan Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsinə və ölkənin siyasi, iqtisadi, mədəni həyatında yeni mərhələnin başlanmasına şərait yaratdı.
Bakının azad edilməsi Azərbaycan dövlətçiliyi tarixində müstəqilliyin möhkəmlənməsində mühüm əhəmiyyətə malikdir.
Əlamətdar günlə əlaqədar Milli Azərbaycan Tarixi Muzeyinin Köməkçi tarixi fənn materialları fondunda qorunan Məcidiyyə nişanını təqdim edirik. Günəş formasında olan gümüş nişanın yuxarı hissəsində beşguşəli ulduz, aypara təsvir olunub və üzərində qızılı rəngli ərəb qrafikası ilə – “səadət”, “qeyrət”, “hamiyyət” və “1268” (m. 1851-ci il. Nişan Osmanlı sultanı Əbdülməcidin hakimiyyəti dövründə təsis edilmişdir) həkk edilmişdir. Dairənin daxilində Osmanlı tuğrasının təsviri, nişanın arxa tərəfində isə aypara daxilində Osmanlı zərbxanasının möhürü ("Zərbixanə Əmiri") vardır.
Məlumdur ki, 1918-ci ildə Azərbaycan Cümhuriyyətinə hərbi kömək göstərmək üçün Qafqaz İslam Ordusu yaradılmışdır. Azərbaycanda həmin dövrdə təltif nişanları olmadığından Azərbaycan hərbçiləri də Osmanlı dövlətinin orden və medalları ilə təltif edilirdi. Hazırda Türkiyə Cümhuriyyətinin hərbi arxivlərində azərbaycanlı hərbçilərin təltifləri barədə məlumatlar olan sənədlər qorunur.
Muzeydə həssas qruplardan olan uşaq və yeniyetmələr üçün ekskursiya təşkil olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və könüll...
Muzeyin əməkdaşı Özbəkistanda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Əli F...
Mədəniyyət Mərkəzinin dəstəyi ilə Türkiyədən nümayəndə heyəti muzeyi ziyarət edib
Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Mədəniyyət Mərkəzinin dəstəyi ilə cari ilin 4–7 oktyabr tarixlərində “Dildə, fikirdə, işdə birlik...
Muzeyin əməkdaşı beynəlxalq elmi jurnalda rəyçi təyin olunub
Milli Azərbaycan Tarixi Muzeyinin Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dosent Əli Fərhadov Kolumbiy...
25 sentyabr şəhid kapitan Zülfüqar Qubatovun doğum günüdür
Qubatov Zülfüqar İsmi oğlu 1975-ci il sentyabrın 25-də Ağsu rayonunun Dilman kəndində anadan olub. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibə...
20 sentyabr Azərbaycanda neft sənayesi işçilərinin peşə bayramı kimi qeyd olunur.
Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda ölkəmizdə neft sənayesinin inkişaf tarixi ilə bağlı zəngin materiallar qorunur. Azərbaycan...
18 sentyabr — Milli Musiqi Günü və Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin doğum günüdür
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun doğum günüdür
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.