XƏBƏRLƏR
08 Sentyabr, 2025
Muzeyin “Qarabağın sikkə dəfinələri” adlı kataloqu işıq üzü görüb
Milli Azərbaycan Tarixi Muzeyinin zəngin kolleksiyası əsasında “Qarabağın sikkə dəfinələri” adlı yeni kataloqu işıq üzü görüb. Kataloqun elmi redaktoru muzeyin direktoru, akademik Nailə Vəlixanlı, müəllifi isə t.ü.f.d. Aygün Məmmədovadır (Bakı: Aspoliqraf, 2024, 40s.).
Kataloq Qarabağ ərazisində həm tək sayda, həm də dəfinələr olaraq aşkarlanan, müxtəlif tarixi dövrlərə aid sikkələr haqqındakı məlumat əsasında tərtib olunmuşdur.
Sözügedən nəşrdə həm yerli, həm də xarici zərbxanaların istehsalı olan sikkələrin (qızıl, gümüş və mis) tapılma ili və yeri, zərb dövrü, çəkisi və s. qeyd edilmişdir.
Yeni nəşr Qarabağın zəngin numizmatik irsinin öyrənilməsi baxımından mütəxəssislər, tədqiqatçılar və geniş oxucu auditoriyası üçün dəyərli mənbə hesab olunur.
Muzeyin kitabxanasında Azərbaycanın neft sənayesi haqqında kitab qorunur
Milli Azərbaycan Tarixi Muzeyinin kitabxanasının Nadir Kitablar fondunda Ye.İ. Startsevin "Bakı Neft Sənayesi. Tarixi-Statistik Oçerk" (1886-cı il) ki...
Bu gün Vətən Müharibəsi şəhidi Rahib Babayevin doğum günüdür
Rahib Bəxtiyar oğlu Babayev 1985-ci il iyunun 19-da Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Külüs kəndində anadan olub. Orta təhsilini burada al...
Muzeydə şəhid tibb işçilərinə aid materiallar qorunur
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günüdür. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsində digər hərbi qulluqçularla yanaşı, tibb işçiləri d...
Muzeydə akademik Yusuf Məmmədəliyevin 120 illik yubileyi çərçivəsində yekun tədbir keçirilmişdir
İyunun 17-də Milli Azərbaycan Tarixi Muzeyində “Yusuf Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” konfransının iştirakçılarına və təşkilatçılarına diplomla...
Muzeyin əməkdaşı AZƏRTAC-a müsahibə verib
Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və təhsil proqramları şöbəsinin baş mütəxəssisi Aynur Babayeva görkəmli şairə Xurşidbanu Natəvan ilə b...
Muzeyin əməkdaşı Pekində IV Qlobal Muzey Direktorları Forumunda çıxış edib
Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Sevinc Nəsirova 9-12 iyun 2026-cı il tarixlərində Çin Xalq Respublik...
Muzeydə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş “Milli Qurtuluş Günü: Azərbaycan dövlətçiliyinin xilası və dirçəliş mərhə...
Muzeydə “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı tədbir keçirilib
Milli Azərbaycan Tarixi Muzeyində “Uşaqlar üçün Mədəniyyətlərarası Səyahət: Meksika və Azərbaycan” adlı maarifləndirici və mədəni tədbir keçirilib. Tə...