11-ci Bakı Beynəlxalq Kitab Sərgisi zamanı “Gündüz yayınları”, “Zərdabi nəşr” MMC ,”Elm və Təhsil nəşriyyatı” MMC tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinə 70-ə yaxın kitab hədiyyə olunub. Milli Azərbaycan Tarixi Muzeyi adından sözgedən müəssisələrə göstərdikləri diqqət və dəyərli hədiyyələrə görə təşəkkür edirik.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.