XƏBƏRLƏR
XƏBƏRLƏR -
Beynəlxalq əlaqələr
13 Oktyabr, 2025
Qazaxıstan alimləri Milli Azərbaycan Tarixi Muzeyində görüş keçiriblər

Qazaxıstan Respublikasının Ramazan Süleymenov adına Şərqşünaslıq İnstitutunun baş direktoru, filologiya elmləri doktoru, professor , Qazaxıstanın Əməkdar elm xadimi Duken Məsimxanuli, institutun Yaxın Şərq və Mərkəzi Asiya şöbəsinin dosenti Bolat Qudaybergenuli Smağulov, eləcə də institutun beynəlxalq əlaqələr üzrə direktor müavini, dosent Amirbekova Saqınış Milli Azərbaycan Tarixi Muzeyində olublar.

Görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı qonaqları səmimi şəkildə qarşılayıb. Tərəflər Azərbaycan və Qazaxıstan arasında elmi və mədəni əməkdaşlığın inkişafı, ortaq türk tarixinin araşdırılması, eləcə də türk dövlətlərinin elmi və mədəni müəssisələrinin arxivlərində, kitabxanalarında saxlanılan materialların öyrənilməsi istiqamətində fikir mübadiləsi aparıblar. Görüş qarşılıqlı anlayış və dostluq ruhunda keçərək gələcək birgə elmi layihələrin reallaşması üçün əsas yaratdı. Növbəti layihələrin reallaşması məqsədilə hər iki tərəf arasında beynəlxalq əməkdaşlıq çərçivəsində Memorandum imzalanması təklif olundu.

Daha sonra qonaqlar muzeyin ekspozisiyasını ziyarət ediblər və zəngin kolleksiya qonaqlarda xoş təəssürat yaradıb.

Sonda xatirə fotosu çəkilib.