Milli Azərbaycan Tarixi Muzeyinin İnnovasiyalar və Təhsil Proqramları şöbəsinin baş mütəxəssisi Qənirə Qafarlı muzeyin 105 illiyi münasibətilə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasında “Milli Azərbaycan Tarixi Muzeyində qorunan dəyərlərimiz” mövzusunda mühazirə oxuyub.
Tədbir zamanı şagirdlərə muzeydə qorunan, xalqımızın mənəvi dəyərlərini, tariximizin zəngin irsini təbliğ edən eksponatlar haqqında geniş məlumat verilib.
İnteraktiv şəkildə keçirilən görüşdə muzeyin maarifləndirici missiyası, muzeylə məktəb arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Şagirdlər mövzu ilə bağlı maraqlı suallar səsləndirib və öz təəssüratlarını bölüşüblər.
Tədbirin sonunda gimnaziyanın direktoru İlqar Talıbova Milli Azərbaycan Tarixi Muzeyinin “XIX–XX əsrin əvvəllərində Azərbaycanda təhsil” adlı kataloqu təqdim olunub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.