Hacı Zeynalabdin Tağıyevin xatirə muzeyində Bakı şəhəri 317 nömrəli tam orta məktəbin şagirdləri üçün “Zəhmət ilə gələn zinət. Dərsimiz – Hacı Zeynalabdin” adlı növbəti interaktiv dərs keçirilib. Dərs zamanı şagirdlərə H.Z.Tağıyevin həyat fəaliyyəti, muzeyin yerləşdiyi bina və onun memarlıq xüsusiyyətləri barədə məlumat verilib. Sonra Milli Azərbaycan Tarixi Muzeyinin ekspozisiyasının “İbtidai icma cəmiyyətlərinin yaranması. Daş dövrü” və “Tunc və erkən dəmir dövrləri” zallarında “Uzaq keçmişin izi ilə – Azərbaycanda İbtidai İcma Cəmiyyəti” adlı açıq dərs keçirilib.
Sonda şagirdlər üçün oyun-tapmaca formatında intellektual yarış keçirilib və “Boyalı küp” adlı ustad dərsdə isə küp formasında gips fiqurlarının rənglənməsi qaydası öyrədilib.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.