Qafqaz tarixçisi Semon Mixayloviç Bronevski - (1763-1830) tərəfindən qələmə alınmış “Qafqaz haqqında yeni coğrafi və tarixi xəbərlər” (Новейшие географические и исторические известия о Кавказе) adlı kitabın nüsxəsi Milli Azərbaycan Tarixi Muzeyinin Kitabxanasının Nadir kitablar fondunda mühafizə olunur.
1823-cü ildə nəşr olunmuş kitabda azərbaycanlılar və digər Qafqaz xalqları haqqında geniş tarixi və etnoqrafik faktlar öz əksini tapır. Əsərdə Azərbaycanın Bakı, Quba, Şamaxı, Şirvan və Şəki bölgələrində yaşayan əhalinin sayı, onların əsas məşğuliyyət sahələri, ticarət və sənaye fəaliyyəti, coğrafi xüsusiyyətləri, adət-ənənələri və dini mənsubiyyətləri barədə ətraflı məlumatlar təqdim olunur. Müəllifin kitabda qeyd etdiyi maraqlı tarixi faktlardan birinə əsasən, həmin dövrdə Bakı şəhərində təxminən 500 ev mövcud idi və burada 3000 nəfər əhali yaşayırdı.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.