AMEA A.A.Bakıxanov adına Tarix və Etnoqrafiya İnstitutunda “Azərbaycanın orta əsrlər tarixinin aktual problemləri” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları- Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsinin aparıcı elmi işçisi, t.ü.f.d., dos. Əli Fərhadov “Nemətullah Naxçivaninin təsəvvüf və dini maarifçilik görüşlərinə dair”, Numizmatika fondunun baş mütəxəssisi, t.ü.f.d. Aygün Məmmədova “X-XIII əsrlərin Azərbaycan sikkələri və Akademik Nailə Vəlixanlının tədqiqatları” (həmmüəllif: t.ü.f.d Qasımova Sənubər) mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələr konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar ətraflı cavablandırılıb. Konfrans materiallarının nəşr edilməsi nəzərdə tutulub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.