Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş açıq dərs keçirilib.
Tədbirdə Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdləri iştirak ediblər.
Dərs zamanı şagirdlərə 1918-ci il İstiqlal Bəyannaməsi və 1991-ci il “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı barədə ətraflı məlumat verilib.
Sonra Azərbaycan Cümhuriyyətinin yaranması, dövlət atributlarının təsis edilməsi, eləcə də 1991-ci ildə müstəqilliyin bərpası ilə bağlı tarixi hadisələr haqqında əyani nümunələr və eksponatlar əsasında geniş söhbət aparılıb.
Tədbirin məqsədi gənc nəslə dövlətçilik ənənələrimizi, müstəqilliyin əldə olunması və qorunmasının əhəmiyyətini aşılamaq, milli kimlik və vətənpərvərlik duyğularını möhkəmləndirməkdən ibarət olub.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.