Milli Azərbaycan Tarixi Muzeyində tanınmış memar, Azərbaycan SSR Elmlər Akademiyasının akademiki, Azərbaycan SSR əməkdar incəsənət xadimi Mikayıl Useynovun 120 illiyinə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Mikayıl Useynovun yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.Tədbirdə mədəniyyət və ictimaiyyət nümayəndələri, muzey əməkdaşları və KİV-lər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan muzeyin Vətən Müharibəsi fondunun mütəxəssisi Gülnar Fərhadova Mikayıl Useynovun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib.
Sonra çıxış edən Yasamal rayon mərkəzləşdirilmiş Kitabxana sisteminin informasiya resurs şöbəsinin müdiri Təranə Heydərova, Azərbaycan Respublikasının “Qızıl Qələm” mükafatı laurenti Səriyyə Məmmədova, “Simurq”Assosiyasının prezidenti, kulturoloq, professor Fuad Məmmədov, sənətşünas Seymur Elsevər, professor, geoloq Rauf Nadirov, Mikayıl Useynova aid materialların muzeyə gəlməsində köməklik göstərən Zülfiyyə Əliyeva tanınmış memar Mikayıl Useynovun Azərbaycanın mədəni irsinə və inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd ediblər ki, Mikayıl Useynovun həm elmi yaradıcılığı, həm də pedaqoji fəaliyyəti ilə Azərbaycan memarlığının formalaşmasında böyük iz qoyub.
Xatırladaq ki, tanınmış memar Mikayıl Useynova aid 89 material Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında qorunur.
18 sentyabr Azərbaycan musiqi mədəniyyəti tarixində əlamətdar günlərdən biridir. 1885-ci ilin bu günü Azərbaycan professional musiqisinin inkişafında mühüm xidmətləri olan iki görkəmli bəstəkar — Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli və Müslüm Məhəmməd oğlu Maqomayev dünyaya gəlmişdir. Onların zəngin yaradıcılıq irsi və çoxşaxəli fəaliyyəti milli musiqi mədəniyyətinin inkişafında mühüm yer tutur.
Şəhid baş gizir Yasən Əhmədovun xatirəsi Milli Azərbaycan Tarixi Muzeyində də yaşadılır.
1918-ci ilin sentyabr hadisələri Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyalarında qorunan hərbi mükafatlar, arxeoloji tapıntılar və digər maddi nümunələr vasitəsilə də öz əksini tapır.
Milli Azərbaycan Tarixi Muzeyində fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən iddiaçılar üçün ixtisas imtahanı keçirilib.
Sentyabrın 1-i tanınmış xeyriyyəçi və sahibkar Hacı Zeynalabdin Tağıyevin (1838-1924) vəfatının ildönümü münasibətilə Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşları onun Mərdəkandakı məzarını ziyarət etmişlər.